Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri barədə açıqlama verilib.
Məlumata görə, 26.05.2017-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 649 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 12,01% təşkil etmişdir. Beləliklə, hərracda manata olan tələb təklifi 159,6% üstələyib.
Xatırladaq ki, may ayı ərzində bu hərracla birlikdə ümumi 6 depozit hərracı keçirilib.