9 C
Baku
Friday, December 13, 2024

Hərracda tələb təklifi yenə üstələdi – 49%

Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə aprelin ilk depozit hərracının nəticələri barədə açıqlama verilib.

Banker.az-a AMB-dən daxil olan xəbərə görə, 03 aprel 2017-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 149,2 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,76% təşkil etmişdir. Bu da hərracda tələbin təklifi 49,2% üstələməsi deməkdir.

Xatırladaq ki, AMB sonuncu hərracda cəlb olunacaq vəsaitlərin həcmini 2 dəfə azaldaraq 100 mln. manatda saxlamışdı.

Son xəbərlər
Digər xəbərlər