10 C
Baku
Thursday, December 12, 2024

Həyat sığortalarına gətirilən yeni tənzimləyici qaydalar açıqlanıb

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyat sığortalarına gətirilən yeni tənzimləyici qaydalara aydınlıq gətirilib.

Bununla bağlı Azərbaycan Sığortaçılar Assosiasiyası və Azərbaycan Banklar Assosiasiyasının birgə mətbuat konfransı keçirilib.

Azərbaycan Sığortaçılar Assosiasiyasının və Azərbaycan Banklar Assosiasiyasının rəhbərlikləri, habelə bank və sığorta şirkətlərinin rəhbər nümayəndələri çıxış edərək həyata keçirilən yeniliyin vətəndaşyönümlü əhəmiyyətindən danışıblar. Çıxış edənlər müvafiq dəyişikliklərin növbəti dövrdə istehlak krediti götürən fiziki şəxslərin həyat risklərinə qarşı sığorta təminatının sürətlə genişlənəcəyinə əminliklərini vurğulayıblar.

Bildirilib ki, bu yenilik ilə istehlak krediti götürmək istəyən müxtəlif əhali qruplarının onlara daha əlverişli şərtlərlə təklif ediləcək həyat sığortasına əlçatanlığı təmin ediləcək.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər