Banker.azın verdiyi məlumata görə, Həyat sığortası üzrə vergi güzəştlərindən faydalanma 01 Yanvar 2019-cu ildən yeni qaydada tətbiq edilməyə başlanmışdır.
Qeyd edilən tarixdən sonra əmək haqqının yalnız 50% həyat sığortasına qoşula biləcək. Məlumat üçün bildirək ki, bundan öncə bu göstərici 100% qədər ola bilərdi.
Bundan əlavə, 1 Yanvar 2019-cu il tarixindən etibarən Həyatın Yaşam Sığortası məhsulu çərçivəsində sığorta məbləğinə təsir edəcək bütün növ əlavələr buraxıldığı zaman gəlirlilik göstəricilərində AZN şəhadətnamələri üçün 3%, USD şəhadətnamələri üçün isə 0,1% təyin edilməsi qərara alınmışdır.