26 C
Baku
Friday, April 19, 2024

Həyatımızı dəyişə biləcək suallar

Hər bir tələbə imtahan qabağı imtahanda ona qismət olacaq sualları əvvəlcədən bilmək istər. Həyat da öz növbəsində bir imtahandır və burada da imtahanlardan keçmək elə də asan deyil. Lakin burada bir fərq var ki, bu imtahanda suallar heç kim üçün sirr deyil. Aşağıda sizə bu sualları təqdim edirik.

Çalışın ki, özlüyünüzdə doğru cavablar verəsiniz.

1.    Həqiqətən etmək istədiyinizi mi edirsiniz?

2.    Ardınca getdiyiniz arzunuz varmı?

3.    Etdiyinizlə qürur duyursunuzmu və əvvəllər nə etmisiniz?

4.    Nə qədər söz vermisiniz və neçəsini yerinə yetirmisiniz?

5.    Həqiqətən etmək istədiyiniz, lakin əvvəllər hər hansı səbəbdən etmədiyiniz bir şey varmı?

6.    Sevdiyiniz və yaxud sizi sevən birindən ayrılmısınızmı?

7.    Uğur şansı 50\50 olan bir işə başlardınızmı?

8.    Keçmişə səyahət edə biləsydiniz 6 yaşlı özünüzə nə məsləhət görərdiniz?

9.    Qeydinə qaldığınız hər kimsə üçün qaydaları pozardınızmı?

10.    Ətrafdakılar nə düşünər deyə adət etdiyiniz fikirlərinizdən vaz keçdinizmi?

11.    Hansına üstünlük verərdiniz? Stabil, lakin darıxdırıcı yaxud maraqlı, lakin çox yorulduğunuz işi tərcih edərdiniz

12.    Qarşılığında heç bir cəza olmasa belə səhv etməkdən qorxursunuzmu?

13.    Özünüzü klonlaşdıra bilsəydiniz hansı xüsusiyyətlərinizin yeni sizə keçməsini istəməzdiniz?

14.    Sizinlə əksəriyyət insan arasındakı əsas fərq nədir?

15.    Dünyaya hansısa təsir göstərirsinizmi, yaxud bütünlüklə dünyanın təsiri altında yaşayırsınız?

16.    Ən son sizə çox pis təsir edən hadisə indi də eyni əhəmiyyətə sahibdirmi? Bəs bu suala 5 ildən sonra nə cavab verərdiniz?

17.    Vaz keçməli olduğunuz, lakin bunu edə bilmədiyiniz bir məsələ varmı?

18.    10 il əvvəl kimə nifrət etdiyinizi xatırlayırsınızmı? İndi bunun bir əhəmiyyəti varmı?

19.    Sizi nə daha çox xoşbəxt edir: kimisə bağışlamaq və yaxud ömürlük nifrət etmək?

20.    Hazırda sizi nə narahat edir və əgər siz daha narahat olmasanız nə baş verəcək?

21.    Nəyə üstünlük verərdiniz: dəbdəbəli şəkildə tənha səyahət etmək, yaxud sevdiklərinizlə kiçik bir piknik etmək?

22.    Kimə heyransınız və niyə?

23.    Sizi ilhamlandıran kimsə varmı və nailiyyətlərinizi kimə borclusunuz?

24.    Sizə nə böyük məmnunluq qazandırır?

25.    Ən son nə vaxt və nəyə ürəkdən gülmüsünüz?

26.    Sizi və ətrafınızdakı insanları xoşbəxt edəcək nə edirsiniz?

27.    Sevdiyiniz və yaxud sizi sevən insan varmı?

28.    Ən son nə vaxt öz valideynlərinizlə və ailənizlə əsl səmimi söhbət etmisiniz?

29.    Xoşbəxtlik valyuta ilə ölçülsəydi, nə dərəcədə varlı?

30.    Bu gün dünyanın sonu olsaydı nə edərdiniz?

Suallara cavab verməyə tələsməyin. Yaxşıca düşünün və özünüzü aldatmayın. Çünki həyat səhvləri və yalanları bağışlamır.

Son xəbərlər
Digər xəbərlər