15 C
Baku
Saturday, April 20, 2024

Həyatın yaşam sığortası 74% artıb

Bu ilin yanvar-iyul aylarında sığorta növləri arasında ən ciddi artım həyatın ölüm halında sığortasında qeydə alınıb. Bu növ sığorta üzrə yığımlar 3,5 dəfə artaraq 9,5 milyon manatı keçib. Artımın dinamikasına görə 2-ci yeri isə mülki-hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortası tutub. Bu sığorta növü üzrə toplanan sığorta haqqı 2,1 dəfə artaraq 400 min manata çatıb.

Həyatın yaşam sığortası üzrə yığımlar 73,8% artaraq 32,8 milyon manat, tibbi sığorta üzrə yığımlar 5,7% artaraq 45,8 milyon manat, istehsalatda bədbəxt hadisələrdən sığorta 10,4% artaraq 21 milyon manat, daşınmaz əmlakın icbari sığortası 37,7% artaraq 10,5 milyon manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası 14,2% artaraq 256 min manat, sərnişinlərin icbari fərdi qəza sığortası 26,3% artaraq 85,4 min manat təşkil edib.

Həyatın yaşam sığortası üzrə ödənişlər 60%-ə yaxın artaraq 2,55 milyon manat, tibbi sığorta üzrə ödənişlər 7,3% artaraq 27,3 milyon manat, əmlakın yanğından və digər risklərdən sığortası 2,75 dəfə artaraq 5,9 milyon manat, kasko sığortası 5% artaraq 15,8 milyon manat, istehsalatda bədbəxt hadisələrdən sığorta 2,45 dəfə artaraq 1,74 milyon manat, daşınmaz əmlakın icbari sığortası 41% artaraq 1,3 milyon manat, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası 16,2% artaraq 16,3 milyon manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər