19 C
Baku
Sunday, May 19, 2024

Hacıqabul rayon İcra Hakimiyyəti başçısının 2 müavini işdən çıxarılıb

Hacıqabul rayon İcra Hakimiyyəti başçısının 2 müavini işdən çıxarılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bununla bağlı Hacıqabul rayon İcra Hakimiyyəti başçısı Rüstəm Xəlilov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Hacıqabul rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Səmədov Əslan Əflan oğlu və müavini – İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Yunuslu Zeynab Nüsrət qızı, həmçinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri İbad Paşayev tutduqları vəzifədən azad ediliblər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər