Energetika Nazirliyində yeni təyinat olub.
Vüsal Rəcəblinazirlikdə müşavir təyin edilib.
Energetika nazirinin müşaviri, həm də nazirliyin mətbuat xidmətinin rəhbəri Zəminə Əliyeva “Report”a açıqlamasında xəbəri təsdiq edib.
V.Rəcəbli keçmiş deputat Hadı Rəcəblinin oğludur. O, bundan əvvəl BEGOC-un Nəqliyyat Departamentinin dövlət qurumları ilə inteqrasiya və nəqliyyat əməliyyatları şöbəsinin müdiri olub.