25 C
Baku
Saturday, July 27, 2024

Haluk Bayraktar Zelenski ilə görüşüb

“Baykar Makina”nın baş direktoru Haluk Bayraktar Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş barədə təəssüratını bölüşüb.

O, bu barədə tviter səhifəsində yazıb.

“Xalqına liderlik, ordusuna ali baş komandanlıq edən Ukraynanın qəhrəmanı Prezident Zelenski ilə görüşdük. Ən qısa zamanda ədalətli və daimi sülhün təmin olunacağına ümid edirik”, – H.Bayraktar bildirib.

Qeyd edək ki, Türkiyə nümayəndə heyəti Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə avqustun 18-də Ukraynada səfərdə olub. H.Bayraktar da heyətin tərkibindəymiş.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər