5 C
Baku
Sunday, February 25, 2024

Hamı üçün nəzərdə tutulmayan plastik kartlar

Kredit xxidmətlərindən istifadə edən istehlakçılar yəqin razılaşarlar ki, plastik kartlar üzrə ən yaxşı təkliflər seçilmiş borc alanlar üçün nəzərdə tutulur.

Lakin elə kredit kartları var ki, hətta kredit reytinqi nöqsansız olanlara belə hər vaxt əldə edilməsi mümkün olmur. Bununla belə, hər bahalı məhsula olduğu kimi, əldə edilməsi tam mümkün olan alternativ kartlar da var. MainStreet-in müxbiri Cinni Skovronski bir neçə belə yetərli olmayan kredit kartları haqqında, və eləcə də Amerika istehlakçısına bahalı kartların hansı alternativlərindən daha yetərliləri haqqında danışır.

“Bəzi kartlar ancaq müvafiq dəvətlərin olduğu halda əldə edilə bilər”, – deyə Credit.com saytının eksperti Beverli Hersoq təsdiq edir.

Belə təkliflər sırasında daha tanınmışı American Express-dən olan Centurion kartıdır. AmEx bu məhsul üzrə kredit müqaviləsinin şərtlərini açıqlamır; maraqlanan istehlakçı bu ödəmə sisteminin veb-saytına daxil olaraq ancaq Centurion-u “nadir hallarda görmək və lakin həmin an tanımaq olar” məlumatını görür.

Lakin, bəzi məlumatlardan ekspertlərə məlum oldu ki, AmEx kartı olanlar və kredit kartından il ərzində 250 min dollar xərcləyənlər artıq Centuriona iddia edə bilərlər. Firavan yaşamağa alışmış insanlara Centurion kartı açmaq üçün ödəniş 5 min dollar, illik xidmət üçün komissiya haqqı isə 2,5 min dollar təşkil edir.

Bu kartın öz sahiblərinə nə üstünlüklər verdiyi haqqında daha az məlumat var. Lakin məlumdur ki, Centurionla səyahətə çıxanlar ciddi diskontlar və hər bir nəqliyyat növündə pulsuz daha yuxarı sinifdən istifadə etməyi əldə edə bilərlər. “Senturion sahibi nə istəsə konsyerj xidməti onun istədiklərini edər”, – deyə NerdWallet.com saytının baş rəhbəri Tim Çen təsdiq edir.

Lakin bu kredit kartının sabiblərinin üstünlükləri ancaq səyahət sahəsi ilə məhdudlaşmır, deyə CardRatings.com saytının təsisçisi Kertis Arnold danışır. AmEx-in imtiyazlı müştərilərindən biri MainStreet-ə dəbdəbəli kişi geyimləri mağazası Bergdorf Goodman-da Centurionun sahibləri üçün təşkil edilmiş nahar haqqında danişmışdır: pulsuz delikateslərdən başqa hər bir iştirakçıya mağazadan çox sayda hədiyyələr olan şəxsi paket təqdim edilmişdir.

Lakin Centurion ancaq xüsusi dəvətlə əldə edilən yeganə kart deyil. Amerika bankı Chase Beverli Hersoqun sözlərinə görə illik xidməti əhəmiyyətli dərəcədə ucuz, təxminən 595 dollar olan Polladium kartını təklif edir. Lakin bu kredit kartını əldə etmək üçün müştərinin Chase-də 20 mln dollardan 30 mln dollara qədər miqdarda şəxsi hesabı olmalıdır.

Rəqabət qəbiliyyətini qoruyub saxlamaq üçün digər banklarda eksklyuziv məhsullar təklif edirlər, bu haqda Tim Çen deyir. “Bir sıra maliyyə təşkilatları müəyyən kartları bu bankların şəxsi idarə edicilərinin xidmətlərindən istifadə edən müştərilərə təklif edirlər”, – deyə ekspert izah edir.  Belə kredit təşkilatları sırasında, məhsul xəttində ən varlı müştərilər üçün də kartları olan Sbith Barney və Merill Lynch kimiləri var.

“Bəzi oxşar kredit kartları haqqında biz tamamilə heç nə bilmirik: banklar belə məhsullar haqqında məlumatla bölüşməyi xoşlamırlar, çünki öz müştərilərində maraq oyatmaq istəyirlər”, – deyə Hersoq əlavə edir.

Bonuslar kartdan asılı olaraq fərqlənirlər, lakin bütün bu üstünlüklərin arasında nə isə bir ümumilik var. “Ekslyuziv kartların hətta zahirən öz xüsusiyyətləri var. Məsələn, Centurion titandan, Palladium müvafiq olaraq üzərində sahibinin adı həkk edilməklə palladiumdan hazırlanıb. Lakin bütün bu məhsulları bir şey birləşdirir, onlar istər-istəməz diqqəti cəlb edirlər”, – deyərək Kartis Arnold izah edir.

Lakin ekspert qabaqcadan xəbərdarlıq edir ki, diqqəti ancaq məhsulun xarici keyfiyyətlərinə yönəltmək lazım deyil. Məsələn, çoxları Black Card ödəmə sisteminin Centuriona cavab olduğunu hesab edən Visadan daha aşağı səviyyəli kredit kartları ilə ümumilikləri olduğunu deyir.

Bununla belə, Amerika bazarında çox yaxşı bonuslar nəzərdə tutan eyni zamanda potensial sahiblərindən varlı və tanınmış olmaqlarını tələb etməyən kifayət qədər təkliflər var.

American Express Platinum Rewards Card

Bu kartın illik xidməti üçün ödəmə 450 dollardır, əvəzində sahibinin səyahətlər zamanı olduqca xoş bonuslardan istifadə etmək imkanı var. Məhsul əsasən varlı müştərilər üçün nəzərdə tutulub, lakin gəliri o qədər də çox olmayanlar da onu əldə edə bilərlər.

United Mileage Plus Explorer Card

Bu Chase bankının kredit kartı sahiblərinə United Flights aviaşirkətinin üçüşlarında bir yük yerinin ödənilməsinə qənaət etmək imkanı (qənaət bir uçuşa təxminən 50 dollar təşkil edir) və eləcə də təyyarəyə növbəsiz daxil olmaq hüququnu verir. “Bu bonus mənim daha çox xoşuma gəlir”, – deyə Kertis Arnold etiraf edir.

Bundan başqa kart ildə iki dəfə United Club qolf klubuna gəlmək hüququ verir, beləliklə kartın sahibləri heç olmasa varlılar dünyası ilə təmasda ola bilərlər. United yaxud Continental aviaşirkətlərinin biletlərinə xərclənmiş hər bir dollara kartın sahibləri 2 bonus mili, digər aviaşirkətlərin biletləinə xərclənən dollara isə 1 mil qazana bilərlər. İllik komisyon xərci 95 dollar təşkil edir (xidmətin birinci ili pulsuzdur), faiz dərəcəsi isə illik 14,24%-dir.

Citi Thank You Prestige

Bu kartın sahibləri 500 dollar illik xidmət xərcini ödəyərək uzaq səyahətlərində çox sayda bonuslar əldə edirlər, bu haqda Tim Çen danışır.  Məsələn, bonus paketinə bütün sutka ərzində, istirahət günləri də işləyən konsyerj xidməti daxildir. Bir qədər bahalı AmEx Platinum üzrə xidməti xatırladır, lakin yenə də Centurion kartının səviyyəsinə çata bilmir.

Belə kartların sahibləri eləcə də aeroportların VİP-zallarından istifadə etmək imkanı, ildə bir dəfə yerli uçuşlara bilet və avtomatik olaraq Hilton HHonors proqramı üzrə otellər şəbəkəsində “qızıl” status əldə edirlər. Bundan başqa, bu kredit kartı üzrə xarici ölkələrdə yerinə yetirilən transaksiyalar üçün komisyon xərclər ödənilmir.

Bu kart üzrə faiz dərəcəsi borc alanın reytinqdən asılı olaraq ildə təxminən 15,24%-dir.

The Ritz Carlton Premium Rewards Card

Bu kart Ritz otellər şəbəkəsi ilə birlikdə Chase bankı 24-saatlıq konsyerj xidməti və eksklyuziv diskont proqramı təklif edir. Bundan başqa, bu otellərdə keçirilən hər iki gecə üçün hotel restoranlarında və SPA-salonlarında avtomatik olaraq 100 dollar həcmində kredit açılır.

Bu kredit kartı üzrə Ritz otellərində xərclənən hər bir dollar üçün sahibləri 5 bonus balı, aviabiletlərə xərclənən hər dollar üçün 2 bonus balı və 1 bal digər alqılar etdikdə əldə edirlər. İllik xidmət üçün ödəmə 395 dollar, faiz dərəcəsi isə təxminən 15,24% təşkil edir.

Son xəbərlər
Digər xəbərlər