2 C
Baku
Saturday, December 14, 2024

Hansı bankdan lombard əldə etmək mümkündür?

Qızıl – zinət əşyalarının girovu ilə rəsmiləşdirilən nağd pul kreditləri (bundan sonra “Lombard” kreditləri) istehlak kreditlərinin bir növüdür. Bu kredit məhsulunun digər istehlak kreditlərindən əsas fərqi kreditin rəsmiləşdirilməsi zamanı ərizəçinin rəsmi gəlirinə dair heç bir tələbin olmamasıdır. Həmçinin heç bir bank Sizdən zamin də tələb etməyəcək. Lombard kreditlərinin məbləğinin təyin edilməsi zamanı LTV əmsalından istifadə edilir.

LTV (loan to value) – kreditin əsas məbləği, komissiyaları və kredit müddəti ərzində hesablanacaq faizlərin cəminin girovun (qızılın) dəyərinə olan nisbətidir. Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən Banklara qoyulmuş tələbə əsasən bu əmsal 70%-dən çox ola bilməz. Hal-hazırda Lombard kreditlərinin satışı baxımından bir çox BOKT-lar və xırda Lombard şirkətləri bazarda ciddi pay sahibidirlər. Lombard kreditlərinin prosedurları  – qızılın qiymətləndirilməsi, kreditin ödənilməmə halında qızılın satılması və s. bir qədər qəliz olunduğundan bu məhsul bütün Banklarda təklif edilmir. Lakin buna baxmayaraq ölkənin bir sıra aparıcı bankları analoji məhsulun satışında maraqlıdırlar təklif edilir. Banker.az monitorinq qrupu olaraq Lombard kreditləri təklif edən Banklar və onların əsas şərtləri barədə məlumatları Sizlərə təqdim edirik. Qeyd etmək istərdim ki, bu şərtlərin əksəriyyəti detallı formada müvafiq Bankların saytlarında qeyd edilməyib☺.

Bank Maksimal məbləğ Müddət İllik faiz dərəcəsi Müştəri tərəfindən ödənilən komissiyalar
Kreditə görə Qızılın qiymətləndirilməsinə görə
Atabank 10 000 AZN 36 ayadək Kreditin müddəti

12 ayadək – 22%

13 – 24 ay – 24%

25 – 36 ay – 26%

1% Komissiya yoxdur
Amrahbank 20 000 AZN 24 ayadək Kreditin məbləği

300 – 5000 – 30%

5001 – 10 000 – 28%

10 000 – 20 000  – 27%

Kreditin məbləği

5000-dek – 2% (min.10 AZN)

5000-den çox –  1% (min 10 AZN)

Qızılın dəyəri

1000-dek  – 5 AZN

1001 – 2000 – 15 AZN

2000 – dən çox – 20 AZN

Bank BTB 10 000 AZN 24 ayadək 22.8% Nağdlaşdırma komissiyası – 1%

Rəsmiləşdirmə komissiyası:

3 – 12 ay olan kreditlərdə – 1%

13 – 24 ay olan kreditlərdə – 3%

Əlavə olaraq – 5 AZN

Qızılın dəyəri

2550 – dek  – 10 AZN

2551 – 5100 – 20 AZN

5100 – dən çox – 30 AZN

Bank Respublika 30 000 AZN 36 ayadək Kreditin müddəti

6 aylıq – 26%

12 aylıq – 30%

18 aylıq – 32%

24 və 36 aylıq – 34%

1% 10 AZN
Express Bank 15 000 AZN 30 ayadək Kreditin məbləği

300 – 5000 – 30%

5001 – 10 000 – 28%

10 000 – 15 000  – 26%

1% Qızılın dəyəri

1000 – dek  – 10 AZN

1001 – 2500 – 15 AZN

2501 – 10 000 – 20 AZN

10 000 dən çox – 30 AZN

Rabitə Bank 10 000 AZN 25 ayadək 30% 0% 10 AZN
Turanbank Fərdi baxılır 24 ayadək Kreditin müddəti

3 ayadək – 22%

4 – 6 ay – 25%

7 – 12 ay –  32%

13 – 18 ay – 34%

19 – 24 ay – 36%

1% Qızılın dəyəri

3000 – dek  – 10 AZN

3001 – 7000 – 15 AZN

7001 – dən çox – 20 AZN

 

Son xəbərlər
Digər xəbərlər