6 C
Baku
Sunday, December 15, 2024
Home Maliyyə xəbərləri Bank xəbərləri Hansı Bankdan “pulsuz” debet kart əldə etmək olar? – SİYAHI

Hansı Bankdan “pulsuz” debet kart əldə etmək olar? – SİYAHI

0
Hansı Bankdan “pulsuz” debet kart əldə etmək olar? – SİYAHI

Debet kartlar ödənişlərin böyük hissəsinin nağdsız şəkildə həyata keçirildiyi inkşaf etmiş ölkələrdə bank müştərilərinə pulsuz olaraq təklif edilir. Çünki bu banklar kartların dövriyyələrindən kifayət qədər yüksək gəlir əldə edirlər və buna görə də müştəriləri cəlb etmək üçün müvafiq məhsulları tam ödənişsiz təklif edirlər. Bizim kimi, nağdsız ödənişlərin həcminin yeni-yeni artdığı ölkələrdə isə durum fərqlidir. Kart dövriyyələrinin o qədər də çox olmaması və əksər müştərilərin debet kartları bir və ya bir neçə əməliyyatı həyata keçirmək məqsədilə əldə etməsi səbəbindən Banklar kartların emissiyasına və saxlanmasına çəkdiyi xərci “buraxılma və xidmət olunma haqqı” adı altında kart sahiblərindən tələb edir. Daha sadə dillə izah versək əksər Banklardan debet kart əldə etmək istəyiriksə əlimizi cibimizə salaraq müəyyən qədər ödəniş etməliyik. Lakin istisnalar da mövcuddur…

Belə ki, bəzi Banklar müəyyən şərtlər daxilində öz debet kart məhsullarını müştərilərə pulsuz təklif edir. Bu şərtlərə misal olaraq aşağıdakıları göstərə bilərik.

  1. Bankda əmanət hesabı açmaq.
  2. İstifadə müddətinin sonuna qədər kart hesabında müəyyən məbləği bloklaşdıraraq saxlamaq (sığorta depoziti).
  3. Kart hesabına bank tərəfindən öncədən təyin edilmiş müvafiq məbləği mədaxil etmək.

3-cü bənddəki şərt müştərilər tərəfindən daha rəğbətlə qarşılanan bir şərtdir. Çünki bu halda kart hesabına qoyulmuş məbləği kartı əldə etdikdən dərhal sonra nağd və ya nağdsız formada istifadə etmək mümkündür, ilk iki bənddə isə müştərinin belə bir şansı yoxdur.

Monitorinq qrupumuz yuxarıda qeyd olunan mövzuda araşdırma aparmaq üçün banklarla əlaqə saxladı. İlkin mədaxil əsasında pulsuz debet kart təklif edən Banklar və kartın növündən asılı olaraq ilkin mədaxil məbləğləri haqqında məlumat aşağıdakı cədvəldə qeyd edilmişdir. Bir daha vurğulamaq istərdik ki, Sizin bu şərt daxilində kart hesabına mədaxil etdiyiniz vəsaitin istifadəsinə Bank tərəfindən heç bir məhdudiyyət qoyulmur. Siz bu vəsaiti bankların ATM-lərindən nağdlaşdıra (bu zaman bankin tariflərinə uyğun nağdlaşma komissiyası tutulur)  və ya nağdsız formada heç bir komissiya ödəmədən POS-lar vasitəsilə istifadə edə bilərsiniz.

Bank Kart Növü Kartı pulsuz əldə etmək üçün ilkin mədaxil tələbi
AccessBank VISA Classic/MC Standard 1 illik – 500 AZN/USD/EUR

2 illik – 800 AZN/USD/EUR

3 illik – 1000 AZN/USD/EUR

VISA Gold/MC Gold 1 illik– 1500 AZN/USD/EUR

2 illik – 2000 AZN/USD/EUR

3 illik – 2500 AZN/USD/EUR

VISA Platinum/MC Platinum 1 illik – 3000 AZN/USD/EUR

2 illik – 3500 AZN/USD/EUR

3 illik – 4000 AZN/USD/EUR

AG Bank VISA Classic/MC Standard 1 illik – 1000 AZN
VISA Gold/MC Gold 1 illik – 3000 AZN
Amrahbank VISA Classic/MC Standard 1 illik – 100 AZN/USD/EUR
VISA Gold/MC Gold 1 illik – 500 AZN/USD/EUR
VISA Platinum/MC Platinum 1 illik – 1000 AZN/USD/EUR
Bank Avrasiya MC Platinum 2 və 3 illik – 5000 AZN/EUR/USD
Azərtürkbank MC Gold 3 illik – 500 AZN/USD/EUR
MC Platinum 3 illik – 1 000 AZN/USD/EUR
Visa İnfinite 3 illik – 10 000 AZN/USD/EUR
Mastercard World Elite 3 illik – 20 000 AZN/USD/EUR
Bank of Baku Bolkart Gənc Debet 1 illik – 150 AZN/USD/EUR
Bolkart Ailə Debet 1 illik – 300 AZN/USD/EUR
Bolkart Gold Debet 2 və 3 illik – 1000 AZN/USD/EUR
VISA Classic/MC Standard 1 illik – 300 AZN/USD/EUR
VISA Gold/MC Gold 1 illik – 1000 AZN/USD/EUR
Bank Respublika Visa Electron / MC Unemboessed 5 illik – 100 AZN/USD/EUR
VISA Classic/MC Standard 5 illik – 200 AZN/USD/EUR
VISA Gold/MC Gold 5 illik – 1 000 AZN/USD/EUR
VISA Platinum/MC Platinum 5 illik – 5 000 AZN/USD/EUR
Visa İnfinite / MC World Elite 5 illik – 15 000 AZN/USD/EUR
Bank VTB Visa Electron 1 illik – 200 AZN/USD/EUR

2 illik – 300 AZN/USD/EUR

3 illik – 400 AZN/USD/EUR

VISA Classic 1 illik – 1000 AZN/USD/EUR

2 illik – 1500 AZN/USD/EUR

3 illik – 2000 AZN/USD/EUR

VISA Gold 1 illik – 2000 AZN/USD/EUR

2 illik – 3000 AZN/USD/EUR

3 illik – 4000 AZN/USD/EUR

VISA Platinum 1 illik – 5000 AZN/USD/EUR

2 illik – 8000 AZN/USD/EUR

3 illik – 10 000 AZN/USD/EUR

KapitalBank Visa Classic 2 illik – 20 AZN
Nikoil Bank Visa Classic 1 illik – 200 AZN

2 illik – 1 000 AZN

3 illik – 1 500 AZN

RabitəBank Visa Electron / MC Standart Debit 1 illik – 500 AZN 300(USD/EUR)

2 illik – 800 AZN 500(USD/EUR)

3 illik – 800 AZN 600(USD/EUR)

VISA Classic/MC Standard 1 illik – 500 AZN 300(USD/EUR)

2 illik – 800 AZN 500(USD/EUR)

3 illik – 800 AZN 600(USD/EUR)

VISA Gold/MC Gold 1 illik –   800 AZN 500(USD/EUR)

2 illik – 1000 AZN 700(USD/EUR)

3 illik – 1500 AZN 1000(USD/EUR)

MC Platinum 1 illik – 4000 AZN 2500(USD/EUR)

2 illik – 6000 AZN 3800(USD/EUR)

3 illik – 8000 AZN 5000(USD/EUR)

Visa Kartmane 2 illik – 100 AZN / USD
Xalq Bank

(3 illik kartlar)

Visa İnternet Bakı: 50 AZN/USD/EUR, Region: 25 AZN/USD/EUR
Visa Electron / MC Debit Bakı: 50 AZN/USD/EUR, Region: 25 AZN/USD/EUR
VISA Classic/MC Standard Bakı: 100 AZN/USD/EUR, Region: 50 AZN/USD/EUR
VISA Gold/MC Gold Bakı: 500 AZN/USD/EUR, Region: 250 AZN/USD/EUR
Visa Platinum Bakı: 1000 AZN/USD/EUR, Region: 500 AZN/USD/EUR
World MC Black Edition 1000 AZN/USD/EUR