27 C
Baku
Saturday, July 27, 2024

Hansı banklarda müştəri xidməti daha yaxşı təşkil olunub? – Reytinq

Bankların məlumat mərkəzlərinin karantin rejimində fəaliyyənin necə təşkil edildiyi, müraciətlərin hansı formada olması obyektiv araşdırılıb və cavablandırılması öyrənilib. Bu məqsədlə Kölgə Müştərilər 10 bankın məlumat mərkəzlərinə zənglər edərək müştəri xidməti və davranış standartlarını qiymətləndiriblər.

Banker.az bu barədə “Business Insight” şirkətinin «Kölgə Müştəri» araşdırmasına istinadən xəbər verir.

Araşdırmaya cəlb edilən banklar Accessbank, Azərbaycan Beynəlxalq Bankı, Azər Türk Bank, Bank of Baku, Bank Respublika, Expressbank, Kapital Bank, Rabitəbank, Xalq Bank və Yelo Bank-dır.

Qeyd edək ki, araşdırma keçirilən vaxt ərzində Unibank Məlumat Mərkəzinə (117) bir neçə dəfə zəng cəhdi olsa da məlum olub ki, Unibank Məlumat Mərkəzi müraciətləri online qəbul edir. Bu səbəbdən də
Unibank Məlumat Mərkəzi üzrə araşdırma aparmaq mümkün olmayıb.

Nəticələr göstərdi ki, araşdırma aparılan banklar arasında “Azərbaycan Beynəlxalq Bankı”nın Məlumat Mərkəzində müştəri xidməti daha yaxşı təşkil olunub və davranış standartlarına bu bankda daha ciddi əməl olunur. İkinci yerdə “Kapital Bank”, üçüncü yerdə isə “Expressbank” dayanır.

Aşağıda xidmət səviyyəsinin Banklar üzrə ümumi nəticələri ilə tanış ola bilərsiz. Onu da bildirək ki, 5 balllıq şkalaya əsasən qiymətləndirmədə 1 bal – çox zəif; 2 bal – zəif; 3 bal – nə zəif, nə də yaxşı; 4 bal – yaxşı; 5 bal – ən yaxşı, əla-dır.

oi9

Son xəbərlər
Digər xəbərlər