9 C
Baku
Friday, December 13, 2024

Hansı halda vergiödəyicisinin sadələşdirilmiş vergi mükəlləfiyyəti ləğv oluna bilər?

Vergi Məcəlləsinin 218.6.2-ci maddəsinə əsasən, bu Məcəllənin 218.5.10-cu maddəsinin müddəalarından asılı olmayaraq, vergiödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən və görülən işlərdən başqa, xidmətlərin göstərilməsini və işlərin görülməsini həyata keçirən şəxslər tərəfindən əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergiödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi və işlərin görülməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların əsasında (göstərilən xidmətlərin və görülən işlərin dəyəri də daxil olmaqla) xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququ saxlanılır.

Banker.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, eyni zamanda, Vergi Məcəlləsinin 221.7-ci maddəsinə əsasən, əmlakın icarəyə verilməsindən gəlir əldə edən şəxslər bu fəaliyyətlə yanaşı, digər fəaliyyət növləri ilə məşğul olduqda, bu Məcəllənin 218.1-ci və 218.2-ci maddələrinin müddəaları nəzərə alınmaqla, digər fəaliyyətdən əldə etdiyi gəlirlərə sadələşdirilmiş vergini tətbiq etmək hüququna malikdirlər. Bu halda əmlakın icarəyə verilməsi və digər fəaliyyət növləri üzrə əldə edilən gəlirlərin və xərclərin uçotu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparılır.

Qeyd olunanlara əsasən, gəlirlərin və xərclərin uçotu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparılmaqla hüquqi şəxs tərəfindən göstərilən icarə xidmətlərindən əldə olunan gəlirlər mənfəət vergisinə, həmin dövr üzrə göstərilən hüquq xidmətlərinə görə əldə olunan gəlirlər isə sadələşdirilmiş vergiyə cəlb olunduqda, Vergi Məcəlləsinin 218.6.2-ci maddəsində nəzərdə tutulan müddəalar yalnız sadələşdirilmiş vergiyə cəlb edilən gəlirlərə münasibətdə tətbiq edilir.

Son xəbərlər
Digər xəbərlər