19 C
Baku
Sunday, May 19, 2024

Hansı hallarda tikinti dayandırıla bilər? – Yeni qaydalar müəyyənləşdi

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də və 2014-cü il 24 noyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nda dəyişiklik edilib.

Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də 3.11.5-ci yarımbənd aşağıdakı redaksiyada verilib:

“Yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi ilə bağlı aşağıdakı halları aşkar etdikdə tikinti işlərinin dayandırılmasını sifarişçiyə (podratçıya) yazılı qaydada tövsiyə edir, tikinti işlərinin dayandırılması üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyini məlumatlandırır və bu barədə bütün məlumatları Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərir:

1. ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunmamasını;

2. özbaşına tikinti işlərinin qarşısının alınmamasını;

3. tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikildiyini;

4. habelə barəsində məlumatlandırma icraatı tətbiq edilən, lakin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinə uyğun olaraq tikinti işlərinin başlanmasına əsas olmadan tikinti obyektinin tikildiyini;

5. tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində tikinti fəaliyyətinin həyata keçirildiyini”.

Bundan başqa, əsasnaməyə aşağıdakı məzmunda 3.11.5-2-ci yarımbənd və 4.17-1-ci bənd əlavə edilib:

“3.11.5-2. şəhərlərdə, şəhər rayonlarında yerli səviyyədə dövlət şəhərsalma nəzarətini həyata keçirir, o cümlədən özbaşına tikinti işlərinin qarşısının alınması məqsədilə inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə ərazi nəzarət bölgüsünü aparır, həmin nəzarət bölgüsü üzrə icra hakimiyyətinin işçilərindən məsul şəxsləri təyin edir, onların əlaqə nömrələrinin və elektron poçt ünvanlarının icra hakimiyyətinin rəsmi internet səhifəsində yerləşdirilməsini təmin edir;

4.17-1 Rayon bölgüsü olan şəhərlərin icra hakimiyyəti başçılarına aid edilməyən vəzifə və səlahiyyətlər:

4.17-1.1. Bu Əsasnamənin 3.11.5-2-ci yarımbəndində nəzərdə tutulmuş vəzifə rayon bölgüsü olan şəhərlərin icra hakimiyyəti başçılarına aid edilmir”.

Eyni zamanda, “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nda 5.1.3-cü yarımbənd aşağıdakı redaksiyada verilib:

“5.1.3. inşa edilən tikinti obyektinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunsuzluğu ilə bağlı aşkar olunmuş pozuntular barədə akt tərtib etmək, yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin memarlıq bölmələrinə və Agentliyə, yerinə yetirilmə müddəti göstərilməklə, bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun olaraq icrası məcburi olan əsaslandırılmış göstəriş vermək”.

MənbəOxu.az
Son xəbərlər
 ⁠
Digər xəbərlər