Azərbaycanda fəaliyyət göstərən bankların regionlar üzrə kredit qoyuluşunun həcmi 15,116 mlrd. manat təşkil edib.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bank sektorunda regionlar üzrə verilən kreditlərin həcminə görə ilk pillələri Bakı şəhəri, Sumqayıt və Gəncədir. Paytaxtda bu göstərici 12,140 mlrd manat, Sumqayıtda 389 milyon, Gəncədə 352 milyon manat təşkil edir.
Digər pillələrdə Abşeron (139,3 mln manat), Lənkəran (122,1 mln manat), Naxçıvan (107,5 mln manat), Zaqatala (94,8 mln manat), Bərdə (91,9 mln manat), Şəmkir (84,9 mln manat), Şirvan (81,9 mln manat) dayanır.
Bankların regionlar üzrə ən az kredit verdiyi bölgələrin siyahısında Xızı, Ordubad, Sədərək yer tutur.