Banker.az xəbər verir ki, motoistehsalçı Harley-Davidson şirkəti italyan Ducati şirkətini Volkswagen-dən almağı planlaşdırır. Müqavilənin dəyəri 1,5 milyard avro dəyərində qiymətləndirilir.
Harley-Davidson müqavilənin həyata keçirilməsi üçün Goldman Sachs-dan analitiklər cəlb etmək istəyir. Bununla yanaşı, şirkəti bir neçə investisiya fondları da əldə etməyi planlaşdırır. Bunlar içərisində Hindistanın motosiklet istehsalçısı Bajaj Auto şirkəti də var.
Volkswagen Ducati-nin satılması ilə bağlı təklifi aktivin keçmiş sahibi Investindustrial fondu da daxil olmaqla bir neçə şirkətlərə göndərib.