25 C
Baku
Saturday, July 27, 2024

Harvard neft və qaz hasilatına investisiyaları dayandırıb

Harvard Universiteti “iqtisadiyyatın korbonsuzlaşması” ilə əlaqədar neft və qaz hasilatına sərmayəsini dayandırıb. Qərar 2021-ci ilin iyununda qəbul edilib.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Bundan əvvəl universitet tələbələri dəfələrlə neft və qazın işləməsinə dəstəyi dayandırmağı tələb edən aksiyalar keçiriblər. Harvardla yanaşı, Yel Universiteti də bərpa olunmayan yanacağın inkişafına investisiya qoymağı dayandırıb.

Harvard Universitetinin rəhbərliyinin neft və qaz hasilatına qoyulan investisiyalardan imtina qərarı haqqında “Marketwatch” məlumat yayıb. Portala görə, universitetin siyasətində belə bir dönüş ABŞ prezidenti Co Bayden administrasiyasının elektrik enerjisi istehsalı üçün günəş enerjisinin payını artırmaq çağırışı ilə əlaqəlidir.

Eyni zamanda Harvard Universitetinin rəhbərliyindən əldə edilən şərhdə bu investisiyaların “geri axın” rejimində olduğu qeyd edilir.

Yayda Yel Universiteti yanacaq hasilatı və satışı ilə məşğul olan şirkətlərin siyahısını dərc edib. Bu müəssisələr universitet fondundan investisiya almaq imkanını itirib.

Son xəbərlər
Digər xəbərlər