7 C
Baku
Thursday, December 12, 2024

Havada koronavirusu müəyyən etmək mümkün olacaq

Rusiyalı alimlər “Ordu-2020” forumunda havada olan virusları, o cümlədən COVID-19-u müəyyən edən tibbi-bioloji cihaz təqdim ediblər.

Bu barədə “RİA Novosti”yə Zverev adına Krasnoqorsk zavodunun baş direktoru Aleksandr Novikov məlumat verib.

Onun sözlərinə görə, avtomatik əsasda olan cihaz 10-30 dəqiqə ərzində hava nümunələrini analiz etmək, oradakı virus, bakteriya və toksinlərin mövcudluğunu müəyyənləşdirmək gücündədir.

Aparatın N.F.Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Araşdırma Mərkəzi ilə birlikdə hazırlandığı qeyd olunur.

O da vurğulanıb ki, cihazın dövlət sınaqları iyun ayında başa çatıb və artıq onun sertifikatı hazırlanır.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər