Üzvi yanacaq növlərindən istifadə nəticəsində havanın çirklənməsi dünya iqtisadiyyatına hər gün təxminən 8 milyard dollar ABŞ dolları məbləğində zərər vurur. Bu, qlobal ÜDM-in 3,3%-i qədərdir.
Bu barədə “Greenpeace” ətraf mühitin mühafizəsi təşkilatının hesabatında bildirilir.
Məlumata görə, çirkli havadan ən çox zərər çəkən ölkələr Çin (gündəlik 2,45 milyard dollar), ABŞ (gündəlik 1,65 milyard dollar) və Hindistandır (gündəlik 0,4 milyard dollar).
“Hər il çirkli hava səbəbindən milyonlarla insan həyatını itirir, insult, ağciyər xərçəngi və astma riski artır və bu, trilyonlarla dollara başa gəlir” – deyə təşkilatın nümayəndəsi Minvoo Son bildirib.
©Report