“Heç bir qiymət artımından söhbət getmir” – Bakı Nəqliyyat Agentliyindən açıqlama

0

Bu gün bəzi KİV-lərdə və sosial şəbəkələrdə Bakıdakı sərnişin nəqliyyatında günün pik saatlarına görə gedişhaqlarının fərqli ola biləcəyilə bağlı məlumatlar yayılıb.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev  açıqlama verib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

M.Ağayev bildirib ki, ötən gün Xəzər TV-də yayımlanan “Hər şey daxil” proqramında kart sisteminə keçidin tam başa çatmasından sonra gedişhaqqının ödənilməsində müəyyən fərqliliklərin ola biləcəyi bardə danışıb:

“Yəni ortada hələ konkret nəsə yoxdu, sadəcə fikir olaraq söylənilib. Bu gün bəzi KİV-lər həmin açqılamaya istinad edərək, guya marşrut avtobuslarında gedişhaqqının artacağı ilə bağlı məlumat yayıblar. Qiymət artımının olacağı ilə bağlı əsassız məsələ insanlar arasında ciddi narahatlığa səbəb olub. Bildirirəm ki, heç bir qiymət artımından söhbət getmir”.

Mətbuat katibi həmçinin qeyd edib ki, qiymət tənzimlənməsi BNA yox, digər müvafiq qurum tərəfindən həyata keçirilir:

“Efirdə səslənən fikirlərin izahına gəlincə bildirim ki, məsələn Türkiyənin İzmir şəhərində səhər 06:00-07:00, axşam 19:00-20:00 arasında ictimai nəqliyyatda tariflər 50 faiz azaldılır. Bu ildən tətbiq edilən bu təcrübənin məqsədi pik saatlarda daha çox insanın məhz ictimai nəqliyyatdan istifadəsinə nail olmaqdır. Bizim də məqsədimiz insanların ictimai nəqliyyatdan istifadəsini stimullaşdıran bu cür təcrübələrdən istifadə etməkdir. Bir daha qeyd edirəm qiymətlərin artacağı ilə bağlı səslənən fikirlər yalandır”.

©Modern.az