13 C
Baku
Friday, May 17, 2024

Helsinki haqqında 18 maraqlı fakt

1. Helsinki 1550-ci ildə İsveç kralı Qustavo Vasa tərəfindən yaradılmışdır. Finlandiyanın ən iri şəhəri və paytaxtıdır. Helsinki Baltik dənizinin Fin körfəzi sahilində yerləşmişdir.

2. Helsinkinin əhalisi hər il 5-8 min nəfər artır. Hazırda əhalinin sayı 588 min nəfərdir. Şəhər həm də Avropanın ən az məskunlaşmış paytaxtlarından biridir. O, 150 min əhalisi olan Brüsseldən sonra ikinci yeri tutur.

3.    Helsinkinin 686 km2 sahəsinin 500 km2-i dəniz, 186 km2-i isə quru sahəsidir.

4.    Qadınlar bütün əhalinin 53,4%-i, uyğun olaraq kişilər isə 46,6%-i təşkil edir. Bu göstəricilər əhalinin miqrasiyası nəticəsində daima dəyişir.

5.    Helsinki dünyanın ən soyuq şəhəridir. Orta illik temperatur sıfır selsi dərəcədir, 51 gün isə burda günəş işıq saçmır. Il ərzində Finlandiyanın paytaxtında 120 gün yağışlı keçir.

6.    Dələ və ağcaqayın şəhərin simvolları hesab olunur.

7. Finlandiya ÜDM-un təxminən üçdə biri ölkə paytaxtının payına düşür. Adambaşına düşən ÜDM ölkə üzrə orta göstəricidən təxminən 1,5 dəfə çoxdur, bu da şəhəri Avropanın ən zəngin şəhərlərindən biri edir. Bununla yanaşı ən ucuz Avropa paytaxtlarından biridir. Məhsulların qiymətləri orta Avropa qiymətlərindən bir neçə dəfə aşağıdır.

8. Finlandiyanın paytaxtı dünyanın ən şimal paytaxtıdır.

9. Şəhər mənbəyini dağlardan götürən və dünyanın ən uzun Payyanne tunelindən keçən su ilə təchiz olunur. Helsinkidə kran suyu o qədər keyfiyyətlidir ki, digər ölkələrə də ixrac edilir, məsələn, artıq neçə ildir ki, Səudiyyə Ərəbistanı kran suyunu finlərdən satın alır. Alimlər, bir neçə dəfə Helsinkinin suyunu dünyanın ən təmiz, dadlı və keyfiyyətli suyu adlandırıblar.

10. Helsinki ilə qardaş şəhərlər sırasında Bakı ilə yanaşı, Kiyev, Sankt-Peterburq, Reykyavik və Sirakuzı (ABŞ) var.

11. Bütün dünyada olduğu kimi Helsinkidə də, yol hərəkəti qaydalarının pozulmasına görə cərimə tətbiq olunur. O, birbaşa olaraq, əməkhaqqıdan asılıdır. Maraqlısı odur ki, bir dəfə 7 mln avro qazanmış insan 116 min avro həcmində cərimə ödəməli olmuşdur.

12.  Şəhər mobil telefonlar şirkəti Nokianın vətəni hesab olunur.

13.  Finlandiya yeganə ölkədir ki, orda xəbərlər latın dilində translyasiya edilir.

14. 2011-ci ildə Helsinki Britaniyanın Monocle jurnalı tərəfindən tərtib olunmuş 25 ən yaxşı şəhərlər sırasında birinci yerə çıxmışdır. Mercer beynəlxalq konsaltinq şirkəti tərəfindən dərc olunmuş təhlükəsiz şəhərlər reytinqində Helsinki 2-4-cü yerləri Sürix və Bernlə bölüşmüşdür (birinci yerə Lüksemburq çıxmışdır).

15. Helsinkinin mərkəzi hissəsində bir çox səki və parklarda qar yoxdur, belə ki qranit piltələrin aşağıdan isidilməsi nəticəsində qarlar əriyir və buna görə də yollarda nə qar olur, nə də buz.

16.  Helsinkinin mərkəzində ev heyvanları üçün qəbiristanlıq var.

17. Helsinkidə biletsiz gediş üçün cərimə 80 avro təşkil edir.

18. Helsinkinin hər bir mikrorayonunda çoxlu sayda park zonaları var, burada dələ və dovşanların sayı o qədər çoxalmışdır ki, şəhər hakimiyyəti mütəmadi olaraq, onları tutmağa məcburdur. Helsinki parklarında qırqovul və hətta sığına da rast gəlmək mümkündür.

Son xəbərlər
 ⁠
Digər xəbərlər