Azərbaycan vətəndaşları dünyanın 66 ölkəsinə vizasız səfər edə bilərlər. Bu barədə Henley & Partners şirkətinin yenilənmiş Pasport İndeksində qeyd olunur.
“2019-cu ilin dördüncü rübündə Azərbaycan 76-cı yerdə qərarlaşıb və əvvəlki rübün hesabatı ilə müqayisədə öz mövqeyini iki pillə yüksəldib. Hazırda Azərbaycan vətəndaşları dünyanın 66 ölkəsinə vizasıs səfər edə bilərlər”, – Henley & Partners qeyd edir.
Üç ay ərzində reytinqin lider üçlüyü dəyişməyib. İndeksdə birinci yerdə Yaponiya və Sinqapur qərarlaşıb. Bu ölkələrin pasrortları ilə mümkün 227 ölkənin 190-na vizasız səfər etmək mümkündür. İkinci yerdə Almaniya, Finlandiya və Cənubi Koreyadır – 188 ölkəyə vizasız səfər etmək mümkündür. Əvvəlki kimi, Daniya, İtaliya və Lüksemburq – 187 istiqamət. Öncə olduğu kimi, Böyük Britaniya və ABŞ 6-cı yerdədir – 2010-cu ildən ən açağı göstəricidir. Üç ay BƏƏ üçün ən uğurlu olub. Ölkə rekord beş pillə qalxaraq bir sıra Afrika ölkələrinə vizasız səfər etmək imkanı əldə edib. Hazırda BƏƏ 15-ci yerdədir (172 istiqamət).
©İnterfaks-Azərbaycan