1 C
Baku
Saturday, December 14, 2024

Hesabatları açıqlamayan banklar cəzalandırılacaq

Banker.azın əldə etdiyi informasiyaya əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatası Bankların hesabatlılıq məsələsinə ciddi təsir etməyə başlamışdır.

Banker.azın əldə etdiyi məlumata əsasən, Palata bütün banklar qarşısında hesabatların rüblük olaraq açıqlanması şərtini qoymuşdur. Bu şərtə əməl etməyən bankların ehtimallara görə cəzalanacağı və cərimələnəcəyi qeyd olunur.

Məlumat üçün bildirək ki, son 10 gün ərzində banklar aktiv şəkildə 3-cü rübün sonuna dair hesabatları açıqlamağa başlayıblar. Qeyd olunan bankların bəziləri hətta 1 il ildirki hesabatları ictimaiyyətə açıqlamaqdan boyun qaçırırdılar. Bu daha çox devalvasiya nəticəsində bankın maliyyə göstəricilərinin korlanmasından irəli gəlirdi.

Son xəbərlər
Digər xəbərlər