Bu il yanvarın 1-nə Azərbaycanın dövlət borcu 16 870,3 milyon manat təşkil edib.
Bu barədə Hesablama Palatasının “2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və büdcənin icrasına dair illik hesabata verdiyi Rəydə bildirilir.
Rəyə əsasən, bu, ötən il üzrə ümumi daxili məhsulun (ÜDM) 20,7%-i qədərdir. Adambaşıma düşən borc isə 1 675,8 manat (təxminən 1 000 ABŞ dolları) olub.
Dövlət borcunun 15 454,7 milyon manatı və yaxud 91,6%-i xarici, 1 415,6 milyon manatı və yaxud 8,4%-i isə daxili dövlət borcunun payına düşüb.