7 C
Baku
Sunday, December 15, 2024

Hesablama Palatası: Büdcə xərclərinin planlaşdırılmasında müəyyən boşluqlar var

Orta Müddətli Xərclər Çərçivəsi (OMXÇ) islahatı ilə bağlı Azərbaycanda hüquqi əsasların müəyyən olunmasında müəyyən boşluqlar var.

Bunu Hesablama Palatasının şöbə müdiri Zaur Vəliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

“Bu təzadlı məqamlar mütləq aradan qaldırılmalıdır. OMXÇ ilə bağlı digər problem dövlət proqramlığı ilə əlaqəlidir. Hazırda dövlət büdcəsində xərclərin planlaşdırılması 3-4 istiqamətdə aparılır. Bu özü təzada səbəb olur. Bizim büdcədə OMXÇ ilə yanaşı dövlət investisiya proqramı və ənənəvi şərti proqramlar da var. Üç-dörd proqramın olması, amma bunun başqa adlar altında maliyyələşdirilməsi xaotik vəziyyət yaradır”, – deyə Z. Vəliyev bildirib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər