6 C
Baku
Sunday, December 15, 2024

Hesablama Palatası: “Dövlət qulluqçularının əməyinin ödənişi xərcləri düzgün nəzərə alınmayıb”

Azərbaycanda dövlət qulluğuna cəlb olunan şəxslərin sayının hər il 5% artması nəzərdə tutulsa da, əməyin ödənişi xərcləri üzrə bu artım nəzərə alınmayıb.

Bu barədə Hesablama Palatasının (HP) “Büdcə zərfi”nə verdiyi rəydə bildirilir.

Bundan başqa, sənəddə deyilir ki, 2026-cı ilə qədər peşə təhsili müəssisələrinə qəbul olunan tələbələrin sayının 11 000 nəfər, yüksək texniki peşə təhsili ilə əhatə edilmiş tələbələrin sayının 9 200 nəfər artırılmasının nəzərdə tutulması fonunda bu istiqamət üzrə xərclərin cəmi 4.7% artırılması planlaşdırılıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər