22 C
Baku
Friday, July 1, 2022

Hesablama Palatası Dünya Bankının aqrar layihəsindəki çatışmazlıqları açıqlayıb

Hesablama Palatası “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi” layihəsi üzrə müəyyən olunmuş hədəflərə nail olunma səviyyəsinin qiymətləndirilməsi mövzusunda keçirilmiş səmərəlilik (performans) auditinin nəticələrini açıqlayıb.

Auditin əhatəsi “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi” layihəsinin ümumi dəyəri 53,3 milyon ABŞ dolları təşkil edib ki, bunun da 34,5 milyon ABŞ dolları Dünya Bankının krediti, 18,8 milyon ABŞ dolları isə hökumətin payından ibarətdir.

Audit layihənin əvvəlindən (2014-cü il) 2020-ci il 31 dekabr tarixinədək olan dövrü əhatə edib. Əsas şərhlər layihənin məqsədi ölkədə sanitar və fitosanitar xidmətlərin səviyyəsinin yüksəldilməsi, seçilmiş dəyər zəncirlərinin qurulması və aqrobiznes müəssisələrinə maliyyə xidmətlərinin göstərilməsi yolu ilə kənd təsərrüfatı məhsulları istehsalçılarının bazarlara çıxışının asanlaşdırılmasından ibarət olub.

Əldə olunmuş nəticələr və əlaqəli sahə üzrə institusional islahatlar nəticəsində layihənin icrasında ləngimələrin baş verməsinə və bu səbəbdən icra müddətinin uzadılmasına gətirib çıxarıb.

Layihə çərçivəsində ölkədə iri və xırda buynuzlu heyvanlarda bruselyoz xəstəliyinə qarşı yeni mübarizə strategiyası həyata keçirilmiş və nəticə etibarı ilə xəstəliyin yayılma faizi ümumi olaraq aşağı ensə də, bəzi rayonlarda (əsasən sərhəd, dağ və mal bazarına yaxın ərazilərdə olan sürülərdə) baytar həkimlərinin məlumatlarına görə heyvanların indentifikasiya olunmaması, sərhəd keçid məntəqələrindən idxal olunan diri heyvanların epizootik durumuna nəzarətin lazımi qaydada olmaması, heyvanların daxili yerdəyişmələrinin nəzarətsiz qalması, kəskin baytar həkim çatışmazlığı, xəstə heyvanların dövriyyədən xaric edilməsi mexanizminin tətbiq edilməməsi kimi səbəblərdən xəstəliyin yayılma faizi artıb.

Belə ki, Azərbaycan hökumətinin iştirak payının nəzərdə tutulduğu həcmlərdə və müvafiq icra qrafikinə uyğun dövlət büdcəsindən ayrılmaması nəticəsində 2020-ci il 31 dekabr tarixinə layihənin müvafiq bank hesabında 11,1 milyon manat məbləğində vəsait qalığı formalaşıb. Qeyd edilməlidir ki, hökumət payı olaraq dövlət büdcəsindən layihənin müvafiq hesabına 10,2 milyon manat məbləğində sonuncu ödəniş 2020-ci il 20 mart tarixində həyata keçirilib.

Son xəbərlər
Oxşar xəbərlər