14 C
Baku
Saturday, April 27, 2024

Hesablama Palatası: Ortamüddətli büdcə proqnozları əksər hallarda özünü doğrultmur

Azərbaycan Hesablama Palatası ortamüddətli planlaşdırma dövrü üçün xüsusilə növbəti büdcə ilindən sonrakı illər üçün verilmiş proqnozların əksər hallar üzrə özünü doğrultmadığı qənaətindədir.

Bu barədə Azərbaycan Hesablama Palatası dövlət büdcəsinin layihəsi ilə bağlı təqdim edilmiş məlumatların təhlilinə əsaslanaraq 2022-ci il dövlət büdcəsi layihəsinə rəyində bildirir.

Azərbaycanda kreditlərin dollarlaşma səviyyəsi yediillik minumumdadır
“Bank of America”nın xalis gəlirləri kəskin artıb
Nazir: “2025-ci ilədək büdcə layihələrinin əsasını Böyük Qayıdışı təmin etmək üçün görüləcək işlər təşkil edəcək”
Ad – 00:15
ƏTRAFLI
Orimi Azerbaijan
Rəydə qeyd edilir ki, hər növbəti il üzrə müvafiq istiqamətlərdə proqnozlar kəskin dəyişdirilir və bu səbəbdən palata büdcəyə keçidin həyata keçirilməsi zamanı bu istiqamət üzrə fəaliyyətin gücləndirilməsinin zəruriliyi qənaətindədir.

Hesablama Palatasına görə, 2018-2020-ci illərdə dövlət büdcəsinin layihəsi ilə birlikdə təqdim edilmiş məlumatlarda 2022-ci il üçün əks etdirilmiş gəlir və xərclər üzrə proqnoz göstəricilərin hazırkı “Büdcə zərfi”ndə müvafiq il üçün verilmiş göstəricilərlə müqayisəsi əhəmiyyətli fərqlərin olduğunu göstərir. Belə ki, 2019-2021-ci illərin “Büdcə zərf”ləri ilə müqayisədə hazırkı “Büdcə zərfində” 2022-ci il üçün gəlirlər üzrə proqnoz göstəricilər 1-3 mlrd. manat, xərclər üzrə isə 3-6 mlrd. manat məbləğində korrektə ilə proqnozlaşdırılıb.

 

MənbəAPA
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər