22 C
Baku
Thursday, April 25, 2024

Hesablama Palatasına yeni aparat rəhbəri təyin edilə bilər

Hesablama Palatasının aparat rəhbəri vəzifəsində çalışan Vüqar İbrahimov auditor vəzifəsinə təyin edilərsə, indiki vəzifəsindən azad ediləcək və onun yerinə təyinat olacaq.

Bu barədə Palatadan bildirib.

Xatırladaq ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Vüqar Emin oğlu İbrahimovun Hesablama Palatasının auditoru vəzifəsinə namizədliyinə dair rəy haqqında” məsələyə baxılıb. İclasda komitənin sədri Tahir Mirkişili bildirib ki, onun namizədliyini Milli Məclisin sədri Sahibə Qafarova irəli sürüb.

V.İbrahimov Hesablama Palatasında 2007-ci ildən çalışır, 2021-ci ildən isə aparat rəhbəridir.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər