Hesablama Palatasının 2020-ci ildəki fəaliyyəti ilə bağlı hesabatı Milli Məclisdə müzakirə olunacaq.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 8-də keçiriləcək iclasında Hesablama Palatasının hesabatına baxılacaq.
Məlumat üçün bildirək ki, Hesablama Palatasının hesabatı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinə daxil olub.
Aprelin 8-də keçiriləcək həmin iclasa parlamentin 5 komitə sədri də qatılacaq.