18 C
Baku
Thursday, April 18, 2024

Hikmət Hacıyevə Prezident Administrasiyasında vəzifə verildi

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev vəzifədən azad edilib.

Banker.az bildirir ki, məlumatı XİN-dən “Report”a təsdiqləyiblər.

Bildirilib ki, nazirliyin sözçüsü vəzifəsinə hələlik yeni təyinat olmayıb.

Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri vəzifəsini kimin icra edəcəyi isə yaxın günlərdə müəyyənləşəcək.

H.Hacıyev Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini təyin edilib. O, bu gündən yeni vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, H.Hacıyev 2014-cü ildən XİN-in mətbuat xidmətinin rəhbəri vəzifəsini tuturdu.

Xatırladaq ki, H.Hacıyevin yeni təyinatı barədə ilk məlumatı “haqqin.az” saytı yayıb.

Son xəbərlər
Digər xəbərlər