“Türkiyə artıq masadadır. Türkiyə ATƏT-in Minsk Qrupunun üzvüdür. Türkiyə eyni zamanda regionun qonşu ölkəsidir”.
Bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, Minsk qrupu və digər formatlar çərçivəsində Türkiyənin bu prosesdə iştirakı yaxından gözlənilir.