14 C
Baku
Thursday, May 2, 2024

Hindistan Ayın cənub qütbünə kosmik gəmi endirən ilk ölkə oldu

Hindistanın “Çandrayaan-3” kosmik gəmisi Aya uğurlu eniş edib.

Bu barədə ölkənin Kosmik Tədqiqatlar Təşkilatı məlumat yayıb.

Qeyd olunub ki, Hindistan Aya kosmik gəmi endirən dördüncü ölkə oldu və həmçinin Ayın cənub qütbünə kosmik gəmi endirən ilk ölkədir.

Həmçinin əlavə edilib ki, BRİKS-in Yohannesburqdakı sammitində iştirak edən Hindistanın Baş naziri Narendra Modi aparatın Aya enməsinə videokörpü vasitəsilə baxıb.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər