16 C
Baku
Sunday, April 28, 2024

Hindistan Kanada vətəndaşları üçün viza xidmətini dayandırıb

Hindistan Kanada vətəndaşları üçün viza xidmətini dayandırıb.

İki ölkə arasında diplomatik mübahisə fonunda Hindistan Kanada vətəndaşları üçün viza xidmətlərini növbəti xəbərdarlığa qədər dayandırıb.

Bu barədə Hindistanda viza ilə bağlı məsləhət xidmətləri göstərən onlayn viza müraciəti mərkəzi olan BLS International tərəfindən öz saytında məlumat yerləşdirilib.

Xatırladaq ki, bir müddət öncə Kanada hökumətinin başçısı bildirmişdi ki, Hindistan hakimiyyətinin Britaniya Kolumbiyasında sinqh icmasının liderinin iyun ayında öldürülməsində iştirakına dair şübhələr var. Hindistan Xarici İşlər Nazirliyi Kanadanın ittihamlarını absurd və əsaslandırılmamış adlandırıb.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər