9 C
Baku
Thursday, December 12, 2024

Hindistan Rusiya kömürünü yuan və dirhəmlə alır

Qərbin sanksiyalarını pozmaq riskini azaltmaq üçün Hindistanın enerji şirkətləri Rusiyadan kömür alarkən ABŞ dollarından istifadə etməkdən çəkinirlər. “Reuters” agentliyinin məlumatına görə, iyun ayında Hindistan şirkətləri 742 min ton Rusiya kömürünü başqa valyutalarda alıblar.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Qeyd olunur ki, iyun ayı üzrə qeyri-dollar ödənişlərinin 31%-nin yuanla, 28%-nin Honkonq dolları ilə aparılıb. BƏƏ dirhəmi də məşhur hesablaşma vasitəsinə çevrilib.

İyun ayında məlum oldu ki, bu ilin birinci rübündə Rusiya Hindistana bütün ötən il ərzində ixrac edilən termal kömürün həcminin 40%-dən çoxunu tədarük edib. Qərbin sanksiyaları kontekstində Rusiya Hindistana enerji resurslarına ciddi endirimlər edir.

Son xəbərlər
Digər xəbərlər