10 C
Baku
Wednesday, December 11, 2024

Hindistan ucuz rus neftindən yararlanır – 15% artım!

Rusiya neftinin Hindistana tədarükü sentyabrda 15% artaraq sutkada 1.78 milyon barelə çatıb.

Banker.az xəbər verir ki, bu barədə Bloomberg Kpler-in məlumatlarına istinadən yazır.

Qeyd edilir ki, avqusta isə cəmi 1.5 mln. barel neft satılmışdı.

Kpler-in aparıcı xam neft analitiki Viktor Katona görə, idxalın güclü qalacağı ehtimalı var.

Onun sözlərinə görə, Rusiyadan idxalın artması üçün “geniş məkan” var, çünki ölkənin dizel ixracına qadağası yerli neft emalı zavodlarının iş dərəcələrini azaldacağı və daha çox xam neftin xaricə çıxacağı anlamına gəlir.

34534534

Analitik V.Katona bildirib ki, Hindistan əsasən “Urals” markalı nefti alır ki, bu da Brent neftindən 4 dollar/barel diskountla satılır və bu, onu Yaxın Şərqdən gələn müddətli tədarüklərdən daha cəlbedici edir. Onun sözlərinə görə, Rusiya xam neftinin artan mövcudluğu ilə ixracatçılar gələcəkdə daha böyük endirimlər təklif edə bilərlər.

Hindistanın ikinci ən böyük tədarükçüsü olan İraqdan idxal sentyabr ayında bir ay əvvələ nisbətən 9.4% artaraq gündə 934 min barelə, üçüncü ən böyük Səudiyyə Ərəbistanından isə 41% azalaraq gündəlik 491 min barelə düşüb.

Son xəbərlər
Digər xəbərlər