Hindistan hökuməti koronavirus pandemiyası ilə əlaqədar ölkədəki beynəlxalq hava limanlarını bağlayır.
Qərar martın 22-dən qüvvəyə minəcək.
Hava limanları bir həftə müddətində bağlı qalacaq.
Qərara əsasən, həmin müddət ərzində Hindistanda bütün beynəlxalq kommersiya reyslərinin enişinə qadağa qoyulub.
Qeyd edək ki, bu günədək Hindistanda 197 nəfər koronavirusa yoluxub, 5 nəfər vəfat edib.