Hindistanın Ali Məhkəməsi ölkənin Mərkəzi Bankının (RBİ) kriptovalyuta istifadəsinə qoyduğu qadağanı ləğv edib.
Bu barədə xarici mətbuata istinadən xəbər verilir.
Məlumata görə, kriptovalyuta birjaları, “start-up” şirkətləri və sektorda fəaliyyət göstərən digər təşkilatlar Hindistan Mərkəzi Bankının 2018-ci ilin aprel ayında qəbul etdiyi qərarını məhkəməyə vermişdilər.
Qeyd edək ki, Mərkəzi Bankın analoji qərarı ilə ölkədə fəaliyyət göstərən banklara kriptovalyutanı dəstəkləyən hər hansısa bir xidmət göstərmək qadağan olunmuşdu.
Hindistan Mərkəzi Bankı son illərdə çirkli pulların yuyulması və digər qanunsuz əməliyyatların qarşısını almaq üçün “Bitcoin” və digər kriptovalyutalar üzərində məhdudiyyətləri artırıb. Bundan başqa RBI dövlət tərəfindən dəstəklənən kriptovalyutanın yaradılması üçün araşdırmalar aparır.