26 C
Baku
Saturday, April 27, 2024

Hiyləgər marketinq gedişləri: Ariel

Belə deyirlər ki, ənənəvi dress-koddan uzaqlaşıb, casual Fridays (cümə günlərində sərbəst geyimlər geyinmək) adətini P&G kompaniyası reklam məqsədləri ilə yaradıb. Söhbət həftənin son iş günündə rəsmi işgüzar kostyumu gündəlik geyimlə əvəzləməkdən gedir. 

20-ci əsrin 80-ci illərində dünya şöhrətli P&G kompaniyası ABŞ-da yuyucu toz bazarında lider idi. Amma böyük reklam fəallığına baxmayaraq, bazar payı heç cürə artmaq bilmirdi. Onda kompaniya araşdırma keçirir və paltarlara qulluq bazarını qiymətləndirir. Faiz nisbətində müəyyən olunur ki, 65% halda yuyucu tozdan istifadə olunur, 35% halda isə kimyəvi quru təmizləmədən. Daha sonra kompaniya tədqiqatı davam etdirərək müəyyən edir ki, yuyucu toz istehlakçılarının 70%-i həftənin 5 günündə işə gedir və əməkhaqqı müqabilində çalışır və onlar işə gedərkən kostyum geyinir və bu kostyumları özləri yumur, onu kimyəvi təmizləməyə təqdim edirlər.

Daha sonra isə P&G və Levi Strauss şirkətlərinin birgə araşdırmaları göstərir ki, gündəlik geyimdə olan əməkdaşlar daha yaradıcı olur və daha effektiv çalışırlar, nəinki kostyum geyinənlər. Və onlar nə edirlər? P&G öz kompaniyası daxilində belə bir qayda yaradır ki, 5-ci günlər sərbəst, gündəlik formada geyinmək olar. Hər iki kompaniyanın səyi nəticəsində bu xəbər mediada geniş vüsət alır və bir çox korporasiyalar onlardan nümunə götürür. Yuyucu toz bazarı beləliklə 20% böyüyür.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər