22 C
Baku
Friday, April 26, 2024

Hiyləgər biznes gedişləri: ulduz şəxsin cəlb olunması

Məşhur şirkətlər uğur qazanmaq üçün daha hansı qeyri-standart gedişlərə əl atmırlarki?! Biznes öz riskləri, dəlisov ideyaları, gözlənilməz dönüşləri ilə kəskin sujetli film kimidir. Uğura can atan istənilən şirkətin özü haqqında məlumat vermək, satışların həcmini artırmaq və rəqiblərinə qalib gəlmək üçün çoxlu sayda üsulları vardır. Bu məqsədlə televiziyada reklam yerləşdirmək, şəhərin bütün reklam üçün ayrılmış məkanlarını zəbt etmək, yaxud daha orijinal bir gediş düşünmək mümkündür. Bəs hansı məşhur şirkətlər standart reklam gedişlərindən imtina edərək orijinal addım atmışlar:

Puma şirkəti 1970-ci ildə keçirlən futbol üzrə dünya çempionatının final oyunundan bir neçə saniyə əvvəl idman ayaqqabılarının bağlarını bağlamasına görə müəyyən məbləğ ödəmişdi. Təbii ki, bu proses bütünlüklə canlı yayıma həkk olunmuş və bununla da, bütün dünya planetin ən məşhur futbolçusunun hansı idman brendinin ayaqqabılarına üstünlük verdiyini görmüşdü. Bu reklam gedişi Puma şirkətinə bütün stadiounu öz loqotipləri ilə bəzəməkdən daha ucuz başa gəlmişdi və alman şirkətinin uzun illər boyu uğurunu qoruyub saxlamasını təmin etmişdi.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər