5 C
Baku
Wednesday, February 28, 2024

Hökumət “Azərişıq”ın 170 milyon manatlıq borcunu bağışlayıb

Azərbaycan hökuməti 2022-ci ildə “Azərişıq” ASC-nin “Azərenerji” ASC-yə kreditor borcunu bağışlayıb.

Banker.az bunu “Azərişıq” ASC-nin KPMG audit şirkəti tərəfindən aparılmış audit hesabatına istinad edir.

Hesabatda qeyd edilir ki, 2022-ci ildə Nazirlər Kabinetinin 28 dekabr 2022-ci il tarixli 795 nömrəli qərarına əsasən həmin tarixə “Azərenerji” ASC-yə olan 170.5 milyon manat məbləğində kreditor borcu bağışlanmışdır.

Qeyd edilir ki, dövlət şirkət Asiya İnkişaf Bankından dövlət zəmanəti ilə cəlb edilmiş kreditin faiz borcunun ödənilməsi üçün Maliyyə Nazirliyinin idarəçiliyində olan Dövlət borcu və zəmanəti üçün öhdəliklərin Təminat Fondundan 2022-ci ildə 42.5 mln manat vəsait cəlb etmişdir (2021: 22,467 min manat).

Alınmış vəsaitin kredit borcu kimi rəsmiləşdirilməsi 31 dekabr 2022-ci il tarixinə başa çatdırılmamışdır və hesabatda Maliyyə Nazirliyinə kreditor borcu kimi təqdim olunur.

2021-ci ildə Maliyyə Nazirliyindən alınan 22.47 mln manat vəsaitin rəsmiləşdirilməsi 2022-ci ildə başa çatmışdır və müvafiq olaraq bu vəsait ədalətli dəyərlə kredit və borc öhdəliklərinə köçürülmüşdür.

3 Screenshot 2023 05 05 093924 232

Son xəbərlər
Digər xəbərlər