26 C
Baku
Saturday, July 27, 2024

Hökumət kərə yağının qiymətinin artmaması üçün qərar qəbul edib

Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrinə dəyişiklik edilib.

Banker.az-ın məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, daxili bazarda kərə yağının qiymətinin artımına yol verilməməsi üçün kərə yağı, süddən hazırlanmış digər yağlar və süd pastalarının idxalına tətbiq olunan rüsum güzəştinin qüvvədə olma müddətinin uzadılması məqsədilə qəbul edilib.

Azərbaycanda kərə yağının qiymətləri “od tutub yanır” – Qiymətlər 20 manata qədər bahalaşdı
Azərbayanda qida yağlarının bahalaşması rəsmi olaraq təsdiqləndi – SİYAHI

Qərarın qəbul edilməsi ilə kərə yağı, süddən hazırlanmış digər yağlar və süd pastalarının idxalı üzrə rüsum güzəştinin qüvvədə olma müddətinin uzadılması nəticəsində istehlak qiymətlərində sabitliyin təmin olunması və kərə yağı məhsulları ilə təminatın səviyyəsinin qorunub saxlanılması proqnozlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər