14 C
Baku
Monday, May 6, 2024

Hökumətin qiymət artımlarına qarşı tədbirlər hazırlayan İşçi qrup hərəkətə keçdi

Yanvarın 18-də Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilmiş iclasda müvafiq qurumlara “Antiinflyasiya tədbirlərinin gücləndirlməsinə dair” Tədbirlər Planının hazırlanması tapşırılıb.

Nazirlər Kabinetindən Banker.az-a verilən məlumata görə, artıq müvafiq qurumların nümayəndələrindən ibarət İşçi qrup yaradılıb və ilk iclası keçirilib.

İşçi qrupun təqribən iki həftə ərzində Tədbirlər Planının ilkin layihəsini Hökumətə təqdim edəcəyi gözlənilir.

Xatırladaq ki, Azərbaycanda qiymət artımları bir qədər də sürətlənib. 2021-ci ilin yanvar-dekabr aylarında rəsmi statistikaya görə, orta illik 6.7%, illik 12% təşkil edib. Ətraflı

Son xəbərlər
 ⁠
Digər xəbərlər