14 C
Baku
Çərşənbə, May 25, 2022

Azərbaycanda qiymət artımları bir qədər də sürətlənir – Orta illik 6.7%, illik 12%!

2021-ci ildə istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilə nisbətən 6.7 faiz təşkil edib.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 8.1 faiz, qeyri-ərzaq məhsulları üzrə

5.1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5.8 faiz təşkil etmişdir.

2021-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1.6 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 12.0 faiz təşkil edib.

2021-ci ilin noyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak
qiymətləri indeksi əvvəlki aya nisbətən 1.9 faiz, əvvəlki ilin noyabr ayına nisbətən 14.9
faiz təşkil edib.

2232

Son xəbərlər
Oxşar xəbərlər