-1 C
Baku
Sunday, December 15, 2024

“Holcim Azərbaycan” səhmdarlarına 11 milyon manatlıq dividend ödəyib

“Holcim Azərbaycan” ASC səhmdarlarına dividend ödəyib.

Bu barədə Banker.az sement istehsalçısının illik hesabatına istinadən xəbər verir.

Qeyd edilir ki, səhmdarlara 2021-ci il ərzində 11 milyon 113 min manatlıq dividend ödənilib.

1 yanvar 2022-ci il tarixinə olan hesabata görə, “Holcim Azərbaycan”nın balansında 98 milyon 158 min manatlıq bölüşdürülməmiş mənfəət var.

30 iyul 2021-ci il tarixində “Holcim Azərbaycan” ASC-nin Səhmdarlarının İllik Ümumi Yığıncağı keçirilərkən, səhmdarlar təklif olunan dividendlərin bölüşdürülməsini təsdiq etmişdilər. Lakin həmin qərardan sonra “Holcim Azərbaycan”ının fiziki şəxs səhmdarları ödəniləcək dividendlərdən narazı görsənirdilər. Əsasən Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayan şirkətin fiziki şəxs səhmdarları ödənilən dividendin çox az olduğunu bildirirdilər. Səhmdar cəmiyyətin son iki maliyyə ili üzrə səhmdarlarına dividend ödəniləcəyi açıqlanmışdı. Bir səhmə görə – 2019-cu maliyyə ilinin yekunları üzrə 5,.66 manat, 2020-ci maliyyə ilinin yekunları üzrə 1.35 manat olmaqla cəmi 7.01 manat dividend ödəniləcək. 186 səhmdən ibarət olan bir payın (səhm paketinin) sahibi 1 303.86 manat dividend alacaq.

Son xəbərlər
Digər xəbərlər