IDEA İctimai Birliyinin təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində ölkə üzrə növbəti kütləvi ağacəkmə kampaniyasına başlanılıb.
IDEA İctimai Birliyinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə həyata keçirilən aksiyalar zamanı ölkənin bütün regionlarında yaz və payız əkin mövsümləri müddətində 1 milyona yaxın ağac əkilməsi, yaşıllıq sahələrinin artırılması nəzərdə tutulub. Aksiyanın məqsədi yaşıllıq sahələrini artırmaq, ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə, o cümlədən ölkəmizin flora biomüxtəlifliyinin artırılmasına, yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə töhfə verməkdir.
Bu aksiyaya Holcim Azərbaycan da qoşularaq Qaradağ cement zavodunun ətrafında Ekologiya və Təbii sərvətlər Nasirin iştirakı ilə 1000 ağaç əkib. Şirkətin bu təşəbbüsə qoşulması təsəduf deyil, çünki LafargeHolcim şirkəti Dayanıqlı İnkişafa bağlı qlobal öhdəliklər imzalayıb. Bunlar, 2030-cü ilə qədər CO2 emissiyaların 20% azalması, sement sektorunda 1.5°C qlobal istiləşmə hədəflərinə uyğun ekoloji təmiz betonu istehsal etmək, məhsul və təkrar emal olunmuş materiallardan istifadəni genişləndirmək, yaşıl inşaat işlərini sürətləndirməkdir. Holcim Azərbaycan LafargeHolcim-in üzvü kimi bu məqsədlərə şatmaq üçün öz tövhəsini verməyə çalışır. Yaşıllaşdırma ilə yanaşı ölkədə tullantıların idarəolunmasında həlli yolları təklif edir və öz dünya təcrübəsini Azərbaycanda tədbiq etməyə hazırdır.
“Bizim birgə məqsədimiz və dəyərimiz var – bu da Dayanıqlı İnkişafdır. Dayanıqlıq prinsipləri hər bir işdə, hər bir addımımızda olmalıdır. Ətraf mühitin qorunmasında ən yaxşı təcrübəmizi nümayiş etdirməyə hazırıq. Məsələn, bu gün biz bu ərazidə 1000 ağac əkdiq, lakin bununla bizim işimiz bitmir, eyni zamanda biz bu ağaclara qulluq etmək və suvarma sistemi quraşdırmalıyıq. Bunun üçün çirkab suların təmizlənməsi və yenidən suvarma sistemində istifadə olunması üçün lazım olan hazırlıq işləri artıq başlanıb. Biz bununla təmiz suya qənaət edərək ətraf mühitin qorunmasında tövhə veririk”, – şirkətin texniki direktoru Əli Hüseynov qeyd edib.
Gəlin birləşək və yaşıllaşdıqca daha da gözəlləşən təbiətimizə sahib çıxaq!
Holcim Azərbaycan, sement, beton və inşaat həllərinin aparıcı təchizatçılarından biri olan LafargeHolcim Qrupunun üzvüdür.
Reklam hüququnda