Bu məşhur dizaynerlər tərəfindən layihələndirilmiş, ehtiyatla döşənmiş ot örtüyü, idman meydançaları və binalar – Hollandiyada yerləşən bir həbsxanadır. Bura bir həbsxanadan daha çox şəhər ətrafında yerləşən hər hansı bir istirahət məkanını xatırladır. Hazırda Hollandiyanın Penitentiary Maashegge həbsxanasında 167 nəfər məhkum saxlanılır. Lakin həbsxana 2 ildən sonra istifadə olunmayacaq. 2009-cu ildə ölkə rəhbərliyi 8 həbsxananın bağlanması və 1200 işçinin ixtisar olunması barədə məlumatı elan etdi. Holland rəhbərliyi öz həbsxanalarını “xilas etmək”məqsədilə buraya əcnəbi qatilləri dəvət edirlər. Belə ki, keçən il buraya 500 belçikalı qatil qəbul edilmişdi.