Hong Kongun ən zəngin adamı olan Li Kaşin koronavirusla mübarizəyə yardım göstərib. “CK Hutchison Holdings” konqlomeratının qurucusu epidemiyanın yayılmasının qarşısını almaq üçün 13 milyon dollar pul ayırıb.
Banker.az xəbər verir ki, bu haqda “Bloomberg” yazır.
Qeyd edək ki, ümumilikdə koronavirusla mübarizəyə 1 milyard yuan (142 milyon dollar) vəsait toplanıb. Daha əvvəl koronavirusla mübarizəyə Bill Qeyts və Çin hökuməti pul ayırmışdır.
Xatırladaq ki, bu günə kimi koronavirusa yoluxanların sayı 1000 nəfəri keçib
“Forbes” un qiymətləndirmələrinə görə, Li Kaşinin sərvəti 29,4 milyard dollar təşkil edir. O, uzun müddət ərzində Hong Kongun ən zəngin insanı olmuşdur. 2019-cu ildə “Henderson Land Development” in direktorlar şurasının sədri Li Şauki, Li Kaşini geridə qoydu.