“Honor” şirkəti üç yeni smartfon modeli təqdim edib – 70, 70 Pro və 70 Pro+. Onların qiyməti müvafiq olaraq $405, $555 və $645 təşkil edir. Vurğulanır ki, hələki yeniliklər yalnız Çində əlçatan olacaq.
“Honor 70” modeli 6.67 düymlük OLED-displey, Snapdragon 778G+, 8 və ya 12 GB operativ yaddaş, 256 və ya 512 GB daxili yaddaş, 32 MP ön və 54 MP arxa kamera ilə təchiz edilib.
“Honor 70 Pro” və “Honor 70 Pro+” modelləri 6.78 düymlük OLED-displey, MediaTek çipseti, 8 və ya 12 GB operativ yaddaş, 256 və ya 512 GB daxili yaddaş, 50 MP ön və 54+50 MP arxa kamera alıb.
Hər üç smartfon sürətli yükləməni dəstəkləyir. Modellər Android 12 əməliyyat sistemi ilə təchiz edilib. Smartfonların bütün versiyalarının qiymətləri aşağıdakı kimidir:
HONOR 70 8 GB operativ və 256 GB daxili yaddaş: $404.
HONOR 70 12 GB operativ və 256 GB daxili yaddaş: $449.
HONOR 70 12 GB operativ və 512 GB daxili yaddaş: $509.
HONOR 70 Pro 8 GB operativ və 256 GB daxili yaddaş: $554.
HONOR 70 Pro 12 GB operativ və 256 GB daxili yaddaş: $599.
HONOR 70 Pro 12 GB operativ və 512 GB daxili yaddaş: $659.
HONOR 70 Pro+ 8 GB operativ və 256 GB daxili yaddaş: $644.
HONOR 70 Pro+ 12 GB operativ və 256 GB daxili yaddaş: $689.